Türkiyənin baş konsulu: "Seçicilərin fəallığı müşahidə olunur"
    • 20-05-2023, 21:59
    • 511

Türkiyənin baş konsulu: "Seçicilərin fəallığı müşahidə olunur"

"İkinci turda da seçicilərin fəallığı müşahidə olunur".

News24.az xəbər verir ki, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop "Report"un Qərb bürosuna verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Türkiyənin Gəncədəki Baş Konsulluğunda səsvermənin ikinci turu da şəffaf və qanunlara tam uyğun şəkildə davam edir.

Seçki mayın 22-nə qədər, hər gün saat 8.00-dan 22:00-a qədər davam edəcək.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

"Ata" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.