“Paxıl olmayın, bir dəfə yaşayırıq” - Orxan Zeynallı
    • 22-05-2023, 10:53
    • 142

“Paxıl olmayın, bir dəfə yaşayırıq” - Orxan Zeynallı

“Yaxın gələcəklə bağlı düşünəndə, orda əsas hədəflərim böyük stadionlar, baxış sayları, “stream”lər və s deyil. Bu yaşa gəlib anladıqlarıma əsasən, həyatı sadəcə anından zövq alaraq yaşamaq istəyirəm”.

News24.az olay-a istinadən xəbər verir ki, bu sözləri reper Orxan Zeynallı sosial media hesabında yazıb.

Ötən günlərdə iki gün ard-arda konsert verən sənətçi fikirlərini belə ifadə edib:

“2013-cü ilin iyununda 110 nəfərlik “Jazz Center” konsertimdə çox xoşbəxt idim. İndi də sevinirəm, zövq alıram. Bunları niyə deyirəm? Çünki ətrafda bəzi insanlar var ki, mənim minlərlə insana yox, daha az adama konsert verəcəyim günləri səbrsizliklə gözləyirlər. Niyəsini mən də bilmirəm. Sadəcə başa düşmək lazımdır ki, mən həyatı başqa dəyərlər üzərindən yaşayıram və uğurlu ya uğursuz olmağım heç mənim üçün o qədər də əhəmiyyətli deyil və istənilən şəxsin nailiyyəti ancaq və ancaq onun özündən asılıdır. Günəşin altında hamıya yer tapılar. Paxıl olmayın, bir dəfə yaşayırıq”.