Naxçıvanda baş həkim vəzifəsindən azad olundu - Yeni təyinat
    • 22-05-2023, 15:10
    • 232

Naxçıvanda baş həkim vəzifəsindən azad olundu - Yeni təyinat

Naxçıvan şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad olunub.

News24.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov əmr imzalayıb.

S.Sadıxovun imzaladığı digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.
Naxçıvan şəhər poliklinikasında bır sıra nöqsanların qeydə alındığı, arayışların verilməsi, tibbi sığorta göndərişləri ilə bağlı əhali arasında narazılıq olduğu bildirilir.