İtaliyaya “vulkan yağışı” yağdı - VİDEO
    • 22-05-2023, 17:52
    • 301

İtaliyaya “vulkan yağışı” yağdı - VİDEO

İtaliyanın Siciliya adasında Etna vulkanı püskürməyə davam edir.

News24.az xəbər verir ki, Adaya vulkan külü qarışığı olan yağış yağıb. Bu səbəbdən Siciliyanın şərqindəki Kataniya hava limanında uçuşlar ləğv edilib.

Qeyd edək ki, 3330 m yüksəklikdə yerləşən Etna Avropanın ən yüksək aktiv vulkanıdır. Bundan əvvəlki püskürmə isə 2022-ci ilin fevralında baş verib.