Tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO
    • 23-05-2023, 10:38
    • 186

Tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Məşqçilik-1" fakültəsinin 3-cü kurs tələbəsi İsgəndərli Cavad yol qəzasında vəfat edib.
 
News24.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
 
Məlumata görə, 2 gün öncə ağır qəza keçirən tələbə başından əməliyyat olunub və komaya düşüb.
 
Qeyd edək ki, tələbə ötən gün gecə saatlarında dünyasını dəyişib.

Allah rəhmət etsin!