Elbrus dağında Belarus turistləri itkin DÜŞDÜ
    • 23-05-2023, 13:09
    • 168

Elbrus dağında Belarus turistləri itkin DÜŞDÜ

Elbrus dağının Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikası ərazisinə düşən hissəsində Belarus turistlərindən ibarət 6 nəfərlik qrup itkin düşüb.

News24.az xəbər verir ki, məlumatı Rusiya FHN Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsi təsdiqləyib.

Məlumatda deyildiyi kimi, bu gün səhər saatlarında Rusiya FHN KXR üzrə baş idarəsinin Böhranların İdarə Edilməsi Mərkəzinin operativ növbətçi hissəsinə Karaçayevsk rayonunda, Elbrus dağının qərb yamacında 6 nəfərdən ibarət turist qrupunun yoxa çıxması barədə məlumat daxil olub.

Nazirlikdən bildirib ki, Belarusdan olan turist qrupu Rusiya FHN bölmələrində qeydiyyata alınmayıb. Hazırda itkin düşənlərin axtarışı üçün xilasedicilər, 9 nəfərdən ibarət əməliyyat qrupu, 2 ədəd texnika cəlb edilib.

Hazırda turistlərin axtarışı üçün Mİ-8 helikopterinin cəlb edilməsi məsələsi nəzərdən keçirilir./apa/