“Süni dolğularla çox iyrənc görünürsüz…”
News24.az xəbər verir ki, bu sözləri estetik əməliyyatlarla görünüşünü dəyişən sənət adamları ilə bağlı fikirlərini bölüşərkən aktrisa Günəş Təqin Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa lazım oldu-olmadı insanların estetik prosedurlar etdirdiyini, plastik əməliyyatlarla xarici görünüşlərini dəyişdirdiyini mənfi tendensiya kimi dəyərləndirib:
“Son zamanlar plastik və estetik əməliyyat etdirənlərin sayı artıb. Məsələ burasındadır ki, ehtiyacı oldu-olmadı hər kəs plastik əməliyyat etdirməyə can atır. Süni dolğularla çox iyrənc görünürsüz. İnanın ki, bu sizi gözəl göstərmir, əksinə, qaş düzəltdiyiniz yerdə vurub gözü də çıxarırsız”.
“Üzdə olan məşhurların, xüsusilə də aktrisaların belə əməliyyatlar etdirməsinin əleyhinəyəm. İlk növbədə bu tendensiya gənclər üçün pis örnəkdir. Digər tərəfdən aktrisa səhnə adamıdır, minlərlə tamaşaçı qarşısına çıxır. Aktrisa peşəsinə uyğun olaraq obrazın daxili aləmini mimikası, emosiyası və digər hissləri vasitəsi ilə çatdırır. Əgər yanaq, dodaq dolğudan ibarətdirsə, emosiyalarını donuq sifəti ilə necə tamaşaçıya çatdıra biləcək? Bu gün bütün dünya təbii görünüşə üstünlük verir. Aktrisa süni görünüşü ilə hansısa beynəlxalq festivalda ölkəni təmsil edə bilər? Yaxud da bu görünüşlə hansı fikri formalaşdırar? Mən bunun əleyhinəyəm”.
-
- 23-05-2023, 13:50
- 437
Aktrisadan SƏRT İRAD: “Süni dolğularla çox iyrənc görünürsüz…”
- Xəbəri Paylaş:
Oxşar xəbərlər
-
5-11-2018, 13:25
Yıldız Tilbenin tək estetik əməliyyat etdirdiyi YERİ
-
16-01-2023, 13:26
Günellə türkiyəli aktrisa arasında estetik - Qalmaqalı
-
13-02-2019, 13:09
57 yaşlı aktrisa plastik əməliyyatdan sonra müğənniliyə başladı - VİDEO
-
22-02-2021, 16:13
Kübra Əliyeva plastik ƏMƏLİYYAT ETDİRDİ
-
19-11-2022, 12:43
Flora Kərimova plastik əməliyyat etdirdi - VİDEO