İlham Əliyev Sultan Hacıyevə yeni vəzifə verdi - SƏRƏNCAM
    • 23-05-2023, 14:50
    • 244

İlham Əliyev Sultan Hacıyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Sultan Ağami oğlu Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

News24.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri S.Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib.