-
- 23-05-2023, 15:14
- 628
Ət yenə BAHALAŞACAQ: ilin sonuna qədər... - İqtisadçı AÇIQLADI
“Azərbaycanda ətin qiymətinin artması gözləniləndir”.
Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, qiymət artımını önləmək üçün ixracda müəyyən nəzarətin olması, eyni zamanda bir sıra rüsumlardan azad olunmasına baxmayaraq, yenə də ət və ət məhsullarının qiymətində artımlar qaçılmaz olacaq:
“Ölkədə yem məhsullarının qiyməti qalxıb. Eyni zamanda, yanacaq və gübrənin bahalaşması, nəticədə ət və ət məhsullarının qiymətində özünü göstərəcək. Çünki gübrələrin, o cümlədən yanacağın qiymətinin qalxması, həmçinin otlaq sahələrinin azalması nəticə etibarilə yem məhsullarının vahid həcminə düşən maya dəyərinin artmasına gətirib çıxarır. Yem məhsullarının maya dəyərinin artması isə ətin qiymətinin qalxmasına səbəb olur. Daxili tələbatın ödənilməsində problem yarandığı zaman birbaşa idxalın həcmi artır. Daxili tələbat yetəri qədər olarsa, o zaman idxala ehtiyac qalmaz”.
Ekspert bildirib ki, daxili tələbatın tam ödənilə bilməməsi, eyni zamanda daxili istehsalda ətin maya dəyərinin yuxarı olması, nəticədə idxalın artmasına səbəb olur.
E.Əmirov hesab edir ki, sonrakı dövrlərdə - bu ilin sonuna, hətta növbəti ilin axırlarına qədər inflyasiyanın ərzaq məhsulları üzərində davam etməsi müşahidə olunacaq: “O cümlədən ət və ət məhsulları üzərində. Qiymətin artımı davam edəcək, amma artım tempi azalacaq. Yəni sürətlə artmayacaq”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatına görə, Azərbaycanda xaricdən ət idxalı 17%-ə yaxın artıb. 2023-cü ilin yanvar-aprel aylarında ölkədə 24 milyon 936 min dollar dəyərində 14 min 261 ton ət idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2023-cü ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nisbətən üçüncü ən çox bahalaşma ət və ət məhsullarının qiymətində (1,4 faiz artım) qeydə alınıb. Məsələn, sümüklü mal ətinin orta qiyməti 1,7 faiz qalxaraq 13,77 manat, sümüksüz mal ətinin orta qiyməti 1,1 faiz yüksələrək 15,98 manat olub.
Turan