13 yaşlı qızı ailə dostları qaçırıb? – Atası danışdı
    • 23-05-2023, 16:59
    • 589

13 yaşlı qızı ailə dostları qaçırıb? – Atası danışdı

“Deyirlər, guya qızımı qaçıran şəxs ailə dostumuzdur. Bu, yalan söhbətdir”.

News24.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında 5 gün öncə Tovuz rayonundan itdiyi deyilən 13 yaşlı Əfsanə Tağıyevanın atası Mətləb Tağıyev deyib.

O, qızını qaçıran şəxsin kimliyindən məlumatsız olduğunu bildirib:

“Biz həmin şəxsin kim olduğunu bilmirik. Sosial şəbəkələrdə Əfsanəni qaçıranın 44 yaşlı, 3 uşaq atası olduğu yazılır. Lakin bununla bağlı hələ heç bir məlumat yoxdur. Qaçıranın kim və neçə yaşında olduğu hələlik məlum deyil. Amma dəqiq bildiyim odur ki, o adam dünən adını çəkdiyim cəlilabadlı oğlan deyil”.

Qeyd edək ki, artıq 13 yaşlı Əfsanə Tağıyeva ailəsinə təhvil verilib.