-
- 23-05-2023, 17:30
- 305
Güclü yağış nəticəsində Naxçıvanda körpü uçdu - FOTO
Ötən gün axşam saatlarında Naxçıvan Muxtar Respublikasında yağan güclü leysan və dolu təkcə Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də fəsadlar törədib.
News24.az xəbər verir ki, fəsadlar qeydə alınan ərazilərdən biri də Babək rayonunun Nəhəcir kəndidir. Kəndin əsas yolunda olan körpü selə davam gətirməyərək çöküb və yarasız hala düşüb. Körpünün uçması Nəhəcir və Göynük kəndində olan sakinlər üçün ciddi problemlər yaradıb. Artıq kəndə gediş-gəliş üçün müvəqqəti olaraq körpünün yanından - çayın içindən əlavə yol çəkilib.
Qeyd edək ki, körpünün uzunluğu 10, eni isə 6 metrdir. Naxçıvan MR Avtomobil Yolları Dövlət Agentliyinin Babək Rayon Yol Təmir İstismar İdarəsindən APA-ya bildirilib ki, körpüdə başlayan təmir işlərinin bir ay ərzində yekunlaşacağı gözlənilir.