Paşinyan bir daha "Qarabağ Azərbaycandır!" dedi
    • 24-05-2023, 18:43
    • 343

Paşinyan bir daha "Qarabağ Azərbaycandır!" dedi

“İrəvan qərar verməlidir. Biz desək ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanımadığını bəyan etsə, Azərbaycan da Ermənistan ərazisi haqqında eyni şeyi deyə bilər”.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bir daha Ermənistanın 86,6 min kvadrat kilometr sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında növbəti addım sərhədin çəkiləcəyi xəritələri müəyyən etmək olmalıdır. Paşinyan bir daha qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası zamanı 1975-ci il xəritələri əsas götürülməlidir.

Turan