Nazirlik erməni müğənninin Bakıya gəlməsinə münasibət bildirdi
    • 24-07-2018, 12:17
    • 2 067

Nazirlik erməni müğənninin Bakıya gəlməsinə münasibət bildirdi

“Nazirlik 2017-ci ildə mədəniyyət xadimlərinin, musiqiçilərin eyni zamanda turistlərin gəlişi baxımından o tədbirin beynəlxalq televiziya kanallarında təbliğinə və yayımına dəstək verib”.

Bu sözləri Mədəniyyət Nazirliyinin İnformasiya və Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, nazirlik digər məsələlərdə iştirak etməyib: “Həmin məsələləri, yəni festivalın proqramını, yaradıcı heyyətini təşkilatçılar özləri müəyyənləşdirir. Bu il də yenə “Jara” festivalı ilə anlaşmamız olub. Ancaq beynəlxalq televiziya kanallarında yayımlanmasına dəstək göstərəcəyik”.
Qeyd edək ki, 26-29 iyul tarixlərində start götürəcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında erməni əsilli müğənni Zara Mgoyanın da iştirakı insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta xalq artisti Flora Kərimova da müğənninin Bakıya gəlməsinə etiraz edib.

// Open.az