Müğənni Əbdül Xalidin yaxını özünə qəsd etdi - VİDEO

Müğənni Əbdül Xalidin yaxını özünə qəsd etdi - VİDEO
ŞOU-BİZNES

25-05-2023, 13:57

Mətn ölçüsü

Müğənni Əbdül Xalidin əmisi qızı özünə qəsd edib. 

News24.az bizim media-ya istinadən xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu "Həyat tərzi" verilişində deyib.  Ə.Xalid baş verən dəhşətli hadisəni belə nəql edib:  

"Bu yaxınlarda başımıza bədbəxt hadisə gəldi. Əmim oğlunun 14 yaşlı qızı intihar edib. İnanın ki, onun canına qəsd etməsinin səbəbi bilinmir. O, özünü yüksəkmərtəbəli binanın 15-ci mərtəbəsindən atıb. Burada məktəbin, təhsilin və evdə valideyinlərinin də çox böyük rolu var. Atası eyvandan qızına baxıb. O isə aşağıdan atası ilə salamlaşıb. Görün, bu qız beynində özünü atmasını necə formalaşdırıb. Qızı aşağıdan blokun "domofon"unun düyməsini basıb. Atası da deyib ki, qızım gəlir, qapını açın. O, balkonun pəncərəsini bağlayanda görür ki, yuxarıdan nəsə düşdü. Görün, bu valideyin üçün nə deməkdir?". 

Qeyd edək ki, sözügedən intihar hadisəsi mayın 12-si günorta saatlarında Bakının Nərimanov rayonunda baş verib.  

NEWS