Zaur Kamal nazirliyin qarşısında yolu kəsdi - VİDEO
    • 25-05-2023, 14:16
    • 339

Zaur Kamal nazirliyin qarşısında yolu kəsdi - VİDEO

Tanınmış aparıcı Zaur Kamalın qayda pozuntusu qeydə alınıb.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb.

Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin binası) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub.