Mübariz İbrahimovu təhqir edən psixoloq yenidən məhkəməyə çağırıldı
    • 19-02-2019, 12:55
    • 1 271

Mübariz İbrahimovu təhqir edən psixoloq yenidən məhkəməyə çağırıldı

Xəbər verdiyimiz kimi, Mübariz İbrahimovu təhqir edən psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə məhkəməyə verilib. 

Onunla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edən Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə xanımın qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.

News24.az
xəbər verir ki, Oxu24.com -un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalan tərəflər Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə prosesi 27 fevral 2019-cu il tarixdə baş tutacaq.Məhkəmə hakim İlqar Murquzovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, tələbə Nərmin Şahmarzadə sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovu "qatil" adlandırmışdı.Qeyd olunan məsələ cəmiyyətdə böyük etiraza səbəb olmuşdu.