"Şəms" milli mükafatlandırma mərasimi keçirildi
    • 25-05-2023, 10:44
    • 436

"Şəms" milli mükafatlandırma mərasimi keçirildi

Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib.

News24.az xəbər verir ki, mükafatlar "Azdrama"da keçirilən tədbirdə sahiblərinə təqdim olunub.  

Mükafatlandırılanlar arasında ictimai-siyasi xadimlər, iş adamları, mədəniyyət və incəsənət nümayəndələri və digər tanınmış şəxslər də olub.