Azərbaycan nefti ucuzlaşdı - Son qiyməti
    • 26-05-2023, 10:05
    • 759

Azərbaycan nefti ucuzlaşdı - Son qiyməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları, yaxud 2,47 % azalaraq 78,47 ABŞ dolları təşkil edib.

Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 76,26 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.