-
- 26-05-2023, 10:52
- 261
Sahibə Qafarova Serbiyanın Baş naziri ilə GÖRÜŞDÜ
Serbiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüşüb.
Bu barədə News24.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Baş nazir deyib ki, dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir.
O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu qeyd edib: "Müsbət siyasi dialoq və qarşılıqlı səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir".
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə ötən il baş tutan səfərini və Azərbaycanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, səfərin nəticələrinin uğurlu olduğunu diqqətə çatdırıb.
O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən, enerji sektorunda əməkdaşlığın önəmini qeyd edərək, deyib ki, enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizlik baxımından olduqca vacibdir. Baş nazir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.
Ana Brnabiç, Azərbaycan və Serbiyanın bir çox məsələlərdə, o cümlədən, suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirdiyini və bir-birinə qarşılıqlı dəstək verdiyini ifadə edib.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib.
Spiker, bu kontekstdə xüsusilə Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi, həmçinin Prezident Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana rəsmi və 2022-ci ilin dekabrında işgüzar səfərlərinin önəmini diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin sədri qeyd edib ki, yüksək səviyyəli siyasi təmaslar ikitərəfli gündəliyin digər sahələrində də əməkdaşlığın inkişafı üçün güclü əsaslar yaradır. O, iqtisadiyyat və ticarət sahələrini əhatə edən münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. Spiker deyib ki, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan verəcək. Enerji sektoru əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. O, Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verib.
Milli Məclisin sədri deyib ki, Azərbaycan və Serbiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərdə müsbət amillərdən biri də qanunverici orqanlar arasında əlaqələrdir. O, qarşılıqlı səfərlərin bu əməkdaşlığın inkişafına təkan verdiyini deyib.
Bu səfərin Azərbaycan Milli Məclisinin sədri qismində Serbiyaya ilk səfər olduğunu deyən spiker Sahibə Qafarova, bir neçə gün əvvəl Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçin Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini məmnunluqla xatırladıb. Sahibə Qafarova parlamentlərimiz arasında bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxşı imkanlar olduğunu da diqqətə çatdırıb. Milli Məclisin sədri, Azərbaycan və Serbiya parlamentləri arasında imzalanan anlaşma memorandumunun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri görüşdə həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.