Balkon hazırlandı, Ərdoğan ilkə imza atacaq - Seçkidə diqqətçəkən DETAL
    • 28-05-2023, 18:16
    • 157

Balkon hazırlandı, Ərdoğan ilkə imza atacaq - Seçkidə diqqətçəkən DETAL

Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan bugünkü seçkilərdə qalib gələcəyi təqdirdə ənənəni dəyişəcək.

News24.az xəbər verir ki, qalib gəldiyi bütün seçkilərdə AKP-nin Ümumi Qərargahında balkon çıxışı edən Ərdoğan, bu seçkidə qalib gələcəyi təqdirdə Beştəpədə yerləşən Türkiyə Prezident Sarayının (Cumhurbaşkanlığı Külliyesi) əsas binasındakı eyvanda vətəndaşlara müraciət edəcək.

Sarayın qarşısında lazımi hazırlıq işləri görülüb, seçkini buradan izləyəcək mətbuat mənsublarına yer ayrılıb.

Turan