Elxan Qasımov vəfat etdi
    • 29-05-2023, 19:00
    • 605

Elxan Qasımov vəfat etdi

Əməkdar artist Elxan Qasımov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə olay-a mərhumun yaxınları məlumat verib.

Bir müddətdir reanimasiya şöbəsində müalicə olunan kinorejissor bu gün dünyasını dəyişib.
Bildirilib ki, sənətçi Xırdalan qəbiristanlığında, oğlunun yanında dəfn olunacaq.

Qeyd edək ki, “Əhməd haradadır” filmindən “Sürücü Əhməd” kimi tanınan Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. O, 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib və bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Elxan Qasımov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.