İyunda neçə gün evdəyik?
    • 30-05-2023, 10:24
    • 189

İyunda neçə gün evdəyik?

İyunda qeyri-iş günlərinin sayı məlum olub.

News24.az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.

İyunun 15-də Milli Qurtuluş Günüdür.

26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonları da daxil olmaqla, iyunda 12 gün iş olmayacaq.