Dəhşətli qəzada ölən Şahlar bu məktəbin şagirdi imiş - FOTO
    • 30-05-2023, 14:05
    • 864

Dəhşətli qəzada ölən Şahlar bu məktəbin şagirdi imiş - FOTO

Xəbər verdiyimiz kimi mayın 28-də Yevlax rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, qəzada ölənlərdən biri 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu Bərdə rayon F.Sadıqov adına Qaradəmirçi kənd tam orta məktəbin 10-cu sinif şagirdi olub. Mərhumun fotosunu təqdim edirik:

Qeyd edək ki, qəzada ölən digər şəxs - 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun meyitini tapmaq mümkün olmayıb. Belə ki, onun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşıb.

Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər.

Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb.

Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Taleh BAĞIROV