-
- 30-05-2023, 16:17
- 397
Mişeldən Kişinyov görüşü ilə bağlı AÇIQLAMA: "Bunu səbirsizliklə gözləyirəm"
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Kişinyovda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirəm.
News24.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel özünün Tvitter hesabında yazıb.
“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləmək, sərhədlərin delimitasiyasında irəliləmək və sərhədyanı ərazilərdə riskləri azaltmaq vacibdir. Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri ilə bağlı dialoq çox vacibdir. Maksimalist mövqelərdən çəkinmək, dialoqa can atmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlar lazımdır”, - Mişel yazıb.
Xatırladaq ki, bu ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və arasında üçtərəfli görüş keçirilib.
İyunun 1-də Kişinyovda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqının prezidentinin iştirakı ilə beştərəfli görüş çərçivəsində müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Akqabay