Babəkin oğlu Buğdayın 60 illiyindən – Fotolar – Video
    • 20-02-2019, 12:58
    • 3 994

Babəkin oğlu Buğdayın 60 illiyindən – Fotolar – Video

Məhəmməd Verdiyev: “Çox acı həqiqətdir”

“Babək” filmində unudulmaz Burğday obrazının ifaçısı, aktyor Məhəmməd Verdiyevin 60 illik yubileyi baş tutub.

News24.az xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan məclisdə aktyorun ailəsi, yaxın dostları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Onların arasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artistlər Füzuli Hüseynov, Elxan Yunis, tanınmış jurnalist İlqar Əlfioğlu, rejissor Rövşən İsax, Kamran Şahmərdan və başqaları da olub.

Qonaqları salamlayan Məhəmməd Verdiyev, yubileyiylə bağlı fikirlərini də bölüşüb: “Yaşımı demək istəmirəm, amma yəqin ki, demək lazımdır.  Çox acı həqiqətdir. Heç hiss etmirəm ki, altmış yaşım olur. Yəqin qocalıq ürəkdə olur. Allahın verdiyi ömürdür və onun 60 səhifəsini vərəqlədik”.
Şən ab-havada keçən yubiley mərasimində maraqlı məqamlar yaşanıb.

Daha sonra isə qonaqlar Məhəmməd Verdiyevi təbrik edib və onun gənc illərindən söz açıblar.

Teymur MƏMMƏDOV
Fərid ŞABANOV