Dağlıq rayonlarda leysan olacaq, dolu düşəcək - FAKTİKİ HAVA
    • 2-06-2023, 10:18
    • 322

Dağlıq rayonlarda leysan olacaq, dolu düşəcək - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, iyunun 2-si saat 09:00-a olan məlumatına əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.

Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.

“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.