-
- 2-06-2023, 14:22
- 932
Dolların çökməsi sürpriz olacaq - Tanınmış iqtisadçıdan BƏDBİN PROQNOZ
Ümumiyyətlə qəbul edilir ki, dolların çökməsi bu pul vahidinin dəyərinin əhəmiyyətli hissəsini itirəcəyi bir vəziyyət olacaq.
News24.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı Mixail Xazin bildirib.
Ekspert izah edib ki, dollar 10-20% ucuzlaşacağı mənasında yox, onun əsas rəqibləri olan digər valyutaların, məsələn, avronun ona nisbətən daha bahalı olacağı mənasında çökə bilər.
Xazinə görə, 2000-ci illərin ortalarında dünya valyuta bazarında da analoji vəziyyət yaranmışdı, o zaman avro ilk dəfə 0,8 dollar qiymətləndirilirdi, sonra isə bu nisbət 1,37-yə dəyişdi. Əslində, bu dəyişiklik Amerika pul vahidinin təxminən 30% ucuzlaşmasına səbəb olub.
İqtisadçı qeyd edir ki, gələcəkdə dolların məhz bu cür çökməsi baş verə bilə: “Birləşmiş Ştatlarda böyük bir sosial və ya siyasi böhran başlayarsa, digər valyutalar həqiqətən də dövlət valyutası fonunda daha sürətli yüksəlməyə başlaya bilər”.
Akqabay