Bu rayonlarda şimşək çaxıb, yağış yağıb - Faktiki hava
    • 2-06-2023, 19:00
    • 257

Bu rayonlarda şimşək çaxıb, yağış yağıb - Faktiki hava

İyunun 2-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.