SPACE-in canlı yayımında şok olay: “Əlacım olsa, atamı deşik-deşik edərdim” - VİDEO
    • 3-06-2023, 14:32
    • 2 778

SPACE-in canlı yayımında şok olay: “Əlacım olsa, atamı deşik-deşik edərdim” - VİDEO

Space TV-də Amil Xəlilin aparıcısı olduğu “Gəl, danış” sosial-kriminal layihəsində növbəti şok olay yaşanıb. Belə ki, 6 ay öncə canlı yayıma gələn İntiqam adlı şəxs birbaşa efirdə doğma oğlanları tərəfindən şərləndiyini bildirib. Guya İntiqam 6 yaşlı nəvəsinə qarşı şiddət göstərib. Daxili İşlər Nazirliyinin əməkdaşları bu işlə bağlı araşdırma aparıb və iddia həqiqəti əks etdirməyib. 

News24.az yenisabah.az xəbər verir ki, daha sonra araşdırma zamanı oğlanları tərəfindən növbəti verilişə buraxılmayan yaşlı kişi dünyasını dəyişib. O, özünə qəsdən öncə məktub yazaraq bu addımı atmağa vadar edən səbəbləri, yəni oğlanlarının əməlini xüsusi olaraq qeyd edib. Daha sonra birbaşa efirdə bu ölüm hadisəsi ilə bağlı araşdırma gedib. Efirə qoşulan İntiqamın oğlanları Aydın və Elgün bu ölüm işində özlərini qəti günahkar bilməyiblər. 

“Bəli, atamızdan zəhləmiz gedirdi. Kaş ki, onun övladları olmasaydıq. O, bizə yaxşı ata olmayıb”-, deyə Aydın açıqlama verib.

Bir müddət sonra Amil Xəlil Elgünün səs yazısını ələ keçirib. 

Oğul səs yazısında “Əlacım olsa, atamı deşik-deşik edərdim” sözlərini işlədib. Mərhumun cibindən məktub çıxmasına baxmayaq, ölümündən öncə efirdə xəbərdarlıq etməsinə baxmayaraq, cinayət işinin başladılması Suraxanı rayon prokrorluğunda ləğv edilib. Ötən gün isə Amil Xəlil növbəti dəhşətli səs yazısını birbaşa efirdə təqdim edib: 

“Bu səs yazısı mənim əlimə keçdi. Səsin məndə olduğunu bilən digər tərəf isə şəxsən açıq-aşkar pul təklifi etdi. Budur, səs yazısını təqdim edirəm” - deyən jurnalist növbəti dəhşətli əməlin üstünü açıb. 

İddia olunur ki, İntiqam bəyin oğlu müstəntiqə araçı vasitəsilə xəbər göndərir. “Evim var satıram, maşınımda var onu da satıram. Denən işi bağlasın. Mən ora gələcəyəmsə, məni tutduracaqsa, bəri başdan desin”. 

Səs yazısı ekspertləri və izləyənləri dəhşətə gətirib. Hətta vəkillər bu əməli çox sərt formada qınayıblar. 

Həmin anları təqdim edirik: