Azərbaycanda un bahalaşacaq - Bu tarixdən ...
    • 4-06-2023, 11:20
    • 536

Azərbaycanda un bahalaşacaq - Bu tarixdən ...

Son 20 gündə Azərbaycanda unun qiyməti 3 %-dən çox ucuzlaşıb. Yerli mətbuatın yazdığına görə, ölkədə topdansatış mərkəzlərində 50 kiloqram un kisəsinin qiyməti 31,5 - 34 manat arası dəyişməsi müşahidə olunub.
Qeyd edilir ki, 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 31,5 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 35 manata “Nural” MMC satıb. 20 gün əvvəl isə “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, “Nural” MMC isə 36 manata satıb. Digər istehsal müəssiləri də 50 kiloqramlıq unu müxtəlif qiymətlərdə satıb. 
 
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, son zamanlar ölkənin daxili istehlak bazarında unun qiymətində cüzi ucuzlaşma qeydə alınıb:
 
"Bu da onunla əlaqəlidir ki, artıq ölkədə taxılın biçim mövsümü başlayıb. Yay aylarında müxtəlif rayonlarda taxıl sahələrində biçimlərin başlanılması gözlənilir.
 
Eyni zamanda buğda idxalı üzrə də vəziyyət qənaətbəxşdir. Məhz bu səbəblərə görə, unun qiymətində ucuzlaşmanın müşahidə edilməsi təbii haldır. 
 
Amma bu, müvəqqəti xarakter daşıyır. İlin sonuna qədər unun qiymətinin yenidən bahalaşacağı ehtimal olunur. Hesab edirəm ki, bu ehtimal özünü doğruldacaq.