Bəy və gəlin toy gecəsi  infarktdan öldü
    • 5-06-2023, 09:18
    • 177

Bəy və gəlin toy gecəsi infarktdan öldü

Hindistanın Uttar Pradeş ştatında yeni evlənən cütlük toy gecəsi demək olar ki, eyni vaxtda ölüblər.

News24.az xəbər verir ki, 22 yaşlı bəy və 20 yaşlı gəlin toy mərasimindən sonra öz otaqlarına çəkiliblər.

Səhər saatlarında isə cütlüyün yaxınları otaqda onların öldüyünü görüblər. 

Məhkəmə-tibbi ekspertizası ölümün infarkt nəticəsində olduğunu açıqlayıb.

Gənc cütlüyün qəfil ölümünə nəyin səbəb ola biləcəyi məlum deyil. /India Today/