Novxanıda bağda meyit tapıldı

Novxanıda bağda meyit tapıldı Hadisə
Dünən Sumqayıt şəhəri Novxanı bağlar massivindəki bağ evində meyit tapılıb.

News24.az əldə etdiyi məlumata görə, meyitin 1982-ci il təvəllüdlü Anar Rəhim oğlu Abbasova məxsus olması müəyyənləşib.
41 yaşlı şəxsin hansı səbəbdən ölməsi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Taleh BAGIROV