Hacıbalanın bıçaqladığı qardaşı arvadı 8 aylıq hamilə imiş
    • 5-06-2023, 11:29
    • 829

Hacıbalanın bıçaqladığı qardaşı arvadı 8 aylıq hamilə imiş

Xəbər verildiyi kimi iyunun 3-də axşam saatlarında Bərdə rayonunun Güloğlular kəndi ərazisində 26 yaşlı Hacıbala İsayev qardaşının 22 yaşlı həyat yoldaşını və öz anasını bıçaqlayıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Hacıbalanın bıçaqladığı qardaşı arvadı 8 aylıq hamilə olub. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həmçinin Hacıbala İsayevin bıçaqladığı anası, 1967-ci il təvəllüdlü Mənzər Qocayeva da xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV