İki qardaşın düşdüyü dəhşətli qəza — VİDEO
    • 6-06-2023, 12:37
    • 188

İki qardaşın düşdüyü dəhşətli qəza — VİDEO

Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu küçəsində qəzaya uğrayan "Hyundai Sonata" markalı 99 LX 111 dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri yayılıb.

News24.az
"qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdən 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Turqayın düşdüyü qəzada avtomobilin həddindən artıq sürətlə hərəkət etməsi məlum olur. Belə ki, onların "Rent-a-car"dan icarəyə götürdükləri avtomobilin Bibiheybət məscidi yaxınlığında reklam lövhəsinin dirəyinə çırpılması nəticəsində "Hyundai Sonata" ortadan bölünüb və ayrı-ayrı yerlərə düşüb.

Sürücü Tural Şiriyev hadisə yerində vəfat edib, onun qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.