-
- 24-07-2018, 14:30
- 728
İcra başçıları ilə bağlı yeni strategiya – Bu posta gənclər gətiriləcək
Prezidentin seçkidən sonra başladığı təmizləmə prosesinin yeni dalğasının orta ranqlı məmurları əhatə edəcəyi gözlənilir; ekspert: “Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”...
Yaxın vaxtlarda daha bir neçə rayonun icra başçılarının dəyişdirilməsi gözlənilir. Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır.
Əldə etdiyimiz məlumata görə, yaxın həftələrdən başlayaraq, barələrində daha çox şikayətlər edilən icra başçılarının vəzifələrindən azad olunması ilə yanaşı, onların son üç il ərzindəki fəaliyyətləri təftiş ediləcək.
Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb və əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.
Qeyd edək ki, vətəndaşların əsas narazılıqları xüsusilə özünü “kiçik padşah” kimi aparan icra başçılarındandır və hakimiyyət bu postla bağlı yeni strategiya hazırlayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 11 aprel seçkilərindən sonra kadr dəyişiklikləri həyata keçirib. Ölkə başçısının ilk dəyişikliyə Nazirlər Kabinetindən başladığı məlumdur. Belə ki, uzun illər hakim komandada mühüm post tutan bir sıra nazir və komitə sədri işdən çıxarılıb.
//Yeni Müsavat