"Medera"da əməliyyat etdirən qadın öldü - FOTO
    • 6-06-2023, 21:25
    • 580

"Medera"da əməliyyat etdirən qadın öldü - FOTO

Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.

“Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib.

Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib. /Manset.az/