Qeyri-sabit hava şimal-qərb bölgəsində fəsadlara səbəb oldu
    • 7-06-2023, 10:15
    • 221

Qeyri-sabit hava şimal-qərb bölgəsində fəsadlara səbəb oldu

Şimal-qərb bölgəsində internetin verilməsində fasilə yaranıb.

News24.az
-ın məlumatına görə, ötən gün axşam saatlarında bölgəyə yağan leysan yağışları nəticəsində Qax rayonunun Kürmük çayında sel sularının keçməsi səbəbindən ərazidən keçən yeraltı optik rabitə xətti zədələnib. Bu səbəbdən ötən gün axşam saatlarından Qax, Zaqatala və Balakən rayonlarına internetin verilişi dayandırılıb.

Hazırda müvafiq qrumlar ərazidə yaranan problemin aradan qaldırılması istiqamətində işlər aparır. Yaxın saatlarda bölgəyə internetin verilməsinin bərpa ediləcəyi bildirilir.