Bakıda dəhşətli qəzada ölən gənc tanınmış saç ustası imiş - FOTO
    • 7-06-2023, 21:57
    • 280

Bakıda dəhşətli qəzada ölən gənc tanınmış saç ustası imiş - FOTO

Xəbər verdiyimiz kimi dünən saat 04 radələrində Səbail rayonunun Salyan yolu küçəsində yüksək sürətlə hərəkət edən “Hyundai Sonata” markalı 99 LX 111 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.

News24.az xəbər verir ki, qəzaya düşərək parçalara bölünən avtomobildə ölən 24 yaşlı Tural Şiriyev tanınmış saç ustası imiş. Onunla birgə qəzaya düşən qardaşı Turqayın da saç ustası kimi işlədiyi bildirilib.

Bildirilib ki, onların "Rent-a-car"dan icarəyə götürdükləri avtomobilin Bibiheybət məscidi yaxınlığında reklam lövhəsinin dirəyinə çırpılması nəticəsində “Hyundai Sonata” ortadan bölünüb.

Hadisənin səbəbləri araşdırılır.

Taleh BAĞIROV