Hündürmərtəbəli binada yanğın söndürüldü
    • 7-06-2023, 21:50
    • 264

Hündürmərtəbəli binada yanğın söndürüldü

Bakı şəhərinin Sabunçu rayonunda on doqquz mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən bildirilib ki, yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.