Ukrayna yalnız bu halda Avropa İttifaqına daxil ola biləcək
    • 8-06-2023, 09:27
    • 435

Ukrayna yalnız bu halda Avropa İttifaqına daxil ola biləcək

Almaniya kansleri Olaf Şolz Ukraynanın qəbul meyarlarına cavab verdikdə Avropa İttifaqına daxil ola biləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Şolz Ukraynanın Avropa ailəsinin bir hissəsi olduğunu bildirib.

"Biz ölkəni Avropa İttifaqına daxil olmaq prosesində dəstəkləməkdə qərarlıyıq. Hamıya aydındır ki, ittifaqa qəbul yalnız bütün meyarlara cavab verəndən sonra baş tuta bilər. Həmçinin Avropa İttifaqı da yeni üzvləri qəbul edə bilmək üçün bir sıra vəzifələri yerinə yetirməlidir” - deyə Olaf Şolz vurğulayıb. 

Şolz qeyd edib ki, o, Ukrayna siyasətçiləri və müttəfiqləri ilə silahlı münaqişə başa çatdıqdan sonra ölkənin gələcəyinin təmin edilməsi, o cümlədən təhlükəsizlik sahəsindəki məsələləri müzakirə edir.

Kansler həmçinin Ukraynaya özünü müdafiə etmək üçün uzun müddət kömək etməyin lazım olduğunu da deyib. /TASS/