Ağcabədidə əməliyyat: 28 nəfər saxlanıldı
    • 9-06-2023, 10:42
    • 159

Ağcabədidə əməliyyat: 28 nəfər saxlanıldı

Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasıyası ilə məşğul olduğu müəyyən edilib.

Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluqla yetişdirdiyi 44 ədəd çətənə bitkisi və 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb. S.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirilir.