-
- 9-06-2023, 11:25
- 864
Qətl törətmiş şəxsdən şikayətçi olmadı - “Onu 4 övladına bağışlayıram”
Ötən il sentyabrın 29-u Xəzər rayonu, Buzovna qəsəbəsində 1972-ci il təvəllüdlü Valeh Qədəşovu bıçaqlayaraq öldürən mərhumun qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşova hökm oxunub.
News24.az əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ş.Qədəşov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirlənidirlib.
Bildirilib ki, hadisəni törədən Şahin Qədəşovla əmisi Valeh arasında daha əvvəldən mübahisə yaranıb. Belə ki, spirtli içki aludəçisi olan Valeh qardaşı oğlunun həyətindən vaxtaşırı məişət əşyalarını oğurlayıb satırmış. Bundan sonra onlar arasında münaqişə yaranıb. Münaqişə vaxtı Valeh qardaşı oğlunu, onun vəfat etmiş atasının qəbrini, anasını söyüb. O, Şahinə bıçaqla hücum edərkən Ş.Qədəşov bıçağı alaraq onun özünə zərbə endirib. Ağır xəsarətlər alan 50 yaşlı kişi ölüb.
Məhkəmədə Valeh Qədəşovun qardaşı zərərçəkmişin hüquqi varisi kimi tanınıb. O, qardaşı oğlu Şahindən şikayətçi olmadığını deyib: “Valeh əvvəllər oğurluğa görə məhkum edilib, həm də narkotik istifadəçisi idi. Şahin heç vaxt onu öldürmək istəməzdi. Şahinin bu hadisəni törətməsi məni çox məyus edir. Mən zərərçəkmiş kimi Şahini dörd uşağına bağışlayıram”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV