Lənkəranda stomatoloq sükan arxasında bıçaqlandı
    • 9-06-2023, 13:51
    • 667

Lənkəranda stomatoloq sükan arxasında bıçaqlandı

Lənkəranda diş həkiminin bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

News24.az xəbər verir ki, hadisəni törədən Nihad Malızadə Cəlal Azadovla qonşu olub. Onun atası diş həkiminin qardaşının çayxanasında xidmətçi işləyib və nöqsanlara görə işdən çıxarılıb. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və onu çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlala Azadova zərbələr endirib. Bu zaman sükan arxasında olan Cəlal Azadov idarəetməni itirib. Avtomobil qarşıdan gələn digər maşına çırpılıb. Cəlalın vurulduğunu görən qardaşı onu təcili xəstəxanaya çatdırıb.

Cəlal Azadovu əməliyyat edən həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə ağır vəziyyətdə xəstəxanaya qəbul olunub və əməliyyata götürülüb. C.Azadov 20-yə yaxın kəsilmiş-deşilmiş xəsarət alıb. Onun vəziyyəti orta ağırdır.