Təranə TƏRİF YAĞDIRDI: “Qızım təzə çıxan müğənni qızlardan yaxşı oxuyur”
    • 9-06-2023, 16:02
    • 686

Təranə TƏRİF YAĞDIRDI: “Qızım təzə çıxan müğənni qızlardan yaxşı oxuyur”

“Qızım təzə çıxan müğənni qızların çoxundan yaxşı oxuyur”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral efirdə söyləyib.

O, sənətini davam etdirən qızı Qumralın oxumaqda və özünü aparmasında bir çox yeni oxuyan ifaçılardan yaxşı olduğunu etiraf edib:

“Qumral ailədə ata-anasına baxa-baxa müğənni olub. O, indi səhnəyə çıxan qızların çoxundan yaxşı oxuyur. Bura onun xırdalıqları da daxildir, səhnə mədəniyyəti, özünü aparması, səhnə performansı da…”.

Təranə əvvəllər qızının müğənni olmasına qarşı da çıxdığını deyib:

“Nə gizlədim, əvvəllər qızımın müğənni olmasını istəmirdim. İstəyirdim ki, universitetə daxil olsun. Deyirdim, evdə bir müğənni olar, amma bizim evimizdə iki müğənni var – mən və Musa”.