Ermənilər Laçın postundan maneəsiz keçir - VİDEO
    • 10-06-2023, 14:30
    • 364

Ermənilər Laçın postundan maneəsiz keçir - VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.

News24.az xəbər verir ki, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür.

Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.