Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazından keçməsi üçün rüsumları artırır
    • 11-06-2023, 14:07
    • 237

Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazından keçməsi üçün rüsumları artırır

İyulun 1-dən Türkiyə gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları artıracaq.

News24.az xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, - nazir bildirib.

A.Uraloğlu vurğulayıb ki, bu qərarı boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.