İrəvanın növbəti TƏXRİBATI: Qafqazda dəhşətli Çernobıl qəzası ssenarisi
    • 12-06-2023, 15:55
    • 445

İrəvanın növbəti TƏXRİBATI: Qafqazda dəhşətli Çernobıl qəzası ssenarisi

Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaradan Metsamor Atom Elektrik Stansiyasının (AES) ömrü yenidən uzadılacaq.

News24.az xəbər verir ki, bununla bağlı Ermənistan hökuməti qərar qəbul edib.
 
Ermənistan Atom Elektrik Stansiyasının direktorlar şurasının rəhbəri Vahram Petrosyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, AES-in cari istismar müddəti 2026-cı ildə başa çatır, ona görə də 2026-cı ildən sonra stansiyanın ən azı daha 10 il işləməsi məqsədi ilə işlər bundan əvvəl başa çatdırılmalıdır. Layihə artıq Ərazi İdarəetmə və İnkişaf Nazirliyinə təqdim olunub.

Petrosyan qeyd edib ki, yeni enerji blokunun nə vaxt tikilməsindən asılı olaraq, mövcud zavodun istismar müddəti daha beş il uzadıla bilər. O əlavə edib ki, əgər 2036-cı ilə qədər respublikada artıq yeni enerji bloku olacaqsa, köhnəsini istismardan çıxarmaq lazımdır.

AES-in ömrünün uzadılmasının birinci mərhələsində (2016-26-cı illər üçün) DU-100 tipli qəzaya görə kompensasiya stansiyanın ilkin dövrəsində (radioaktiv suyun reaktor zonasından dövr etdiyi yer) tətbiq edilib. Uzadılmanın ikinci mərhələsində kompensasiya DU-200-ə qədər artırılacaq ki, bu da borular 200 mm qırılan zaman radioaktiv suyun sızması deməkdir.

Qeyd edək ki, “Metsamor” AES regionda hər an yeni Çernobılın yaşanmasına səbəb olacaq vəziyyətdədir. Stamnsiyanın ikinci bloku nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur. Stansiyanın ilk modulu olan VVER440/230 modeli ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldir. AES-in ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri onun Rixter cədvəlinə görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir. İndiyə qədər “Metsamor” AES-də 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib. Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ zamanı qeydə alınıb. Bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən SSRİ rəhbərliyinin qərarı ilə AES bağlanmışdı.

“Metsamor”un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb. Avropa İttifaqı “Metsamor”un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf 1 milyard avro tələb edib. Nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmasında Ermənistanın maraqlı olmadığını göstərir

Akqabay