NATO tarixinin ən böyük hərbi-hava təlimlərinə başladı
    • 12-06-2023, 16:20
    • 192

NATO tarixinin ən böyük hərbi-hava təlimlərinə başladı

NATO öz tarixində ən böyük hərbi-hava təlimlərinə başlayıb.

News24.az xəbər verir ki, “Air Defender 23” adlı təlimlər iyunun 23-nə qədər davam edəcək.

Təlimdə 70-i Almaniyadan olmaqla 25 ölkədən ümumilikdə 250 təyyarə iştirak edir. Təlimin ilk günündə 146 təyyarənin havaya qalxması planlaşdırılıb. Almaniyanın 3 fərqli bölgəsində hər gün 40-80 döyüş təyyarəsi uçuş edəcək. Təlim zamanı 10 min əsgər Almaniya Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında təlim keçəcək. 

Təlimlər Almaniyanın 4, Niderlandın 1 və Çexiyanın 1 hərbi obyektində keçirilir.

Qumral