-
- 13-06-2023, 11:38
- 281
MİT əməliyyatları ilə İranı qorxuya salırdı - Tehrandan təcili Hakan Fidan açıqlaması
“ABŞ ilə müxtəlif səviyyələrdə diplomatik əlaqələr və məlumat mübadiləsi dost və vasitəçi ölkələr vasitəsilə davam edir. Fikrimizcə, danışıqların yekunlaşması üçün zəruri meyar mediada deyilənlər deyil, qarşı tərəfin hərəkətləridir”.
News24.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
ABŞ-la nüvə danışıqları ilə bağlı məlumat verən Kənani Tehran rəhbərliyinin danışıqlar masasından ayrılmadığını və ABŞ-ın verdiyi vədləri yerinə yetirəcəyi təqdirdə razılığa gələ biləcəklərini bildirib.
O, ABŞ-la müvəqqəti nüvə razılaşması əldə edildiyinə dair iddiaları təkzib edərək, belə bir razılaşmaya qarşı olduqlarını və 2015-ci ildə imzalanan nüvə razılaşmasına qayıtmaq üçün danışıqların davam etdiyini bildirib. Kənani əlavə edib ki, məhbus mübadiləsi ilə bağlı danışıqlar nüvə danışıqlarından ayrı davam edir və onlar məsələyə insan haqları prizmasından yanaşırlar.
Yaxın gələcəkdə ABŞ və İran arasında qarşılıqlı məhbus mübadiləsinin reallaşa biləcəyi mesajını verən Kenani, “İnsan haqlarını mərkəzə qoyaraq məhbus mübadiləsinin baş tutması üçün bütün səylərimizi göstərmişik. Vasitəçi ölkələr vasitəsilə danışıqlar davam edir. Qarşı tərəf lazımi ciddiyyət göstərsə, məhbus mübadiləsi baş tutacaq”, - deyə qeyd edib.
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın Tehrana mümkün səfərinə münasibət bildirən Kənani, “Ümid edirəm ki, bu səfər tezliklə baş tutacaq. Səfərin nə vaxt baş tutacağı hələlik bəlli deyil”, - deyə bildirib.
İyunun 8-də Londonda yerləşən bir xəbər saytında adı açıqlanmayan iki mənbəyə əsaslanan xəbərdə İran və ABŞ-ın müvəqqəti nüvə razılaşması əldə etdiyi iddia edilib. Sözügedən razılaşmaya əsasən, ABŞ-ın Tehran administrasiyasının nüvə proqramına qoyduğu məhdudiyyətlər müqabilində İranın neft satışına icazə verəcəyi iddia edilirdi.
Akqabay