-
- 22-02-2019, 13:30
- 3 683
KÖŞƏ: "Damla "XƏNCƏR" olub, sizi "DAMLA-DAMLA" öldürəcək" - VİDEO
KÖŞƏ:
Nə olub?!
Hardandır insanlarda bu qədər kin-küdurət, insafsızlıq, nakişilik?! Niyə bəziləri insanlıqdan çıxıb, başqasının heysiyyatı ilə oynamağa, alçaltmağa, rişxənd etməyə bu qədər meyilli olub?! Bəlkə yedikləri qidadan, içdikləri sudandır?! Hm... Biz də eynisini yeyirik, amma nədənsə mənəviyyatımız korlanmır - çox şükr!
Allah insanı nəyə görə yaratdı?! Yaratdı ki, bir-birimizə düşmən, qənimmi kəsilək?! Niyə insan çirkin əməllərə bulaşaraq, bulaşmasından da zövq alaraq, ruhunu bu qədər kirlədir?! Məgər ruh Allahın bizə can verərkən pak nəfəsindən üfürdüyü əmanət deyilmi?! Niyə o əmanətə xəyanət edilir?!
Biz sevgi ilə yaradılmış ən ali varlıq deyilikmi? Niyə özümüzü sevgisizliyə sövq edib, qara əməllərə bürünərək, yalnış addımlar atırıq?! Niyə, niyə, niyə?!
Nə qədər "Niyə" deyə, ünvanlayacağım suallar var...
Bəzən yorur bu "niyələr". Bəzən təəssüf, bəzən ağlamaq, bəzən də vurub-dağıtmaq həddinə çatdırır adamı... Lakin anlayırsan - bu, nə çözümdür, nə də cavab! İstəyirsən ki, pislik edənin qarşısına keçib "niyə?" sualı ilə onu o ki var "döyəsən". O da adilcə, özünə haqq qazandırıb, gözünün içinə baxsın və cavab versin. Amma varmı etdiyi pisliyin qarşılığında adil olub, özünə haqq qazandırmaq cəsarəti? Çoxunda yoxdur. Bəzən isə belələri tapılır - utanmazca, sanki düz edibmiş kimi həyasız insanlar var ki, onlarda etdiyi pisliyə haqq qazandırıb, cavab vermək sırtıqlığı kimi "cəsarət" var. Sanki belə də olmalı imiş! Onda da yenidən "niyə" sualı ortaya çıxır! Və bu dəfə sualına cavab gəlmir. Çünki həyasız insanın sonadək özünü haqlı çıxartmaq kimi şansı yoxdur. Gördüyün mənzərə sadəcə onun dəlicə bu dəfə də səndən qisas almaq üçün gözlərində nifrət qığılcımının alovlanmasıdır...
Qisas almaq yalnız zəiflərə məxsusdur - bunu müdriklər deyib.
Bir də var ki, kişi kimi qisas almaq -ancaq Allah yolunda, Allaha xatir! Bəs qadından qisas almaq? Ümumiyyətlə, qadını alçaltmaq, rüsvay etmək?! Budamı kişilikdəndir? Deyil! Üstəlik də o qadın yüzlərlə, minlərlə adamın sevimlisidirsə... Məqsəd nədir? Gözdən salmaq - həm də xaincə, nakişilik edərək!
Məişət şəraitində çəkilmiş bir video dünəndən "Müğənni Damlanın pornosu yayıldı!" bağırışı ilə media gündəmini zəbt etdi. Bütün sosial şəbəkələrdə bu mövzu hələ də müzakirə olunmaqda davam edir. Deyəsən bəzilərinin ürəyinə yağ kimi yayılmışdı bu xəbər. Şeytani baxış, şeytani təbəssümlə çırtma çalıb oynamamış da deyillərdi. Amma... Qursaqlarında qaldı, alınmadı, görüntüdəki Damla deyildi deyə, ona nifrətləri daha da artdı! Nədən? Çünki xislət məsələsi öz işini gördü. Buna baxmayaraq, Damlaya nifrət edənlər siçovul xislətlərini gizlətməyərək, hələ də israr edirlər ki, od olmayan yerdən tüstü çıxmaz. Ay sizi o tüstüdə boğulasız... Hardandır sizdə o qadına qarşı bu qədər nifrət?! Nəyinizi əlinizdən alıb? Sizə nə pislik edib? Niyə ondan bu qədər nifrət edirsiz? Niyə onu yıxıb, əzməyə çalışırsız?! Yenə də "Niyə?"!..
O videonu "Damlanın pornosu" adı ilə yayanlar, yaymazdan qabaq kişiliyinizə əl gəzdirdinizmi? Özünüzü sorğu-sual etdizmi ki, nəyə nail olmaq istəyirik? Bəlli idi sizin nəyə nail olmaq istədiyiniz - Damla faktorunu məhv etmək! Alındımı? Yenə də yox! Alınmayacaqdı da. Çünki bu, Damladır - Məsumə adlı qızdan dama-dama özünü DAMLA yaradıb, özündən bəhs etdirməyi bacaran, neçə-neçə insanı maqnit kimi özünə çəkib, onların sevgisini qazanan bir zərif məxluq-ana! Bəs siz kimsiz?! Onun heysiyyatını, mənəviyyatını, qadınlığını, ən acınacaqlısı, ANA adını ləkələməyə çalışan nifrət qusan zavallı uğursuzlar - qısası, heç kimsiz! O videonu yayarkən barı onun anasını və ovladını heç mi düşünmədiz?! Təbii ki, düşünmədiz! Şeytanlıq içinizə elə yayılmayıb ki, ana və övlad kimi mənəvi dəyərləri düşünməyə beyninizdə yer qalmış olsun... Bəs nə düşündüz? Bu iyrənc əməlinizdən o qadın yıxılacaqdımı? Əsla! Bu iyrənc əməlinizlə bir daha gücsüzlüyünüzü göstərib, onu daha da gücləndirdiz! Bəs, nə bilmişdiz?!
Siz Anar Nağılbazı yıxdız! Ona gücünüz, şeytanlığınız yetdi! Anarla da eynisi kimi davranıb, mənəviyyatını alçaltdız, adamı rəsmən ölümə sürüklədiz! Zövq aldınızmı? Aldız! Vicdanınız sızıldadımı? Sızıldamadı! Bəs bu xislətiniz Damla üçün keçərlidirmi? Əmin olun, keçərli deyil! Çünki... Ona da Damla deyiblər! Populyar olmaq üçün nələrdən keçmədi ki, Damla...
Baxın, hər dəfə Damlanı yıxmağa çalışdıqca, o, ayağa durdu. Doğru deyiblər axı: Allah qaldıranı bütün kainat yığılsa da yıxa bilməz. Yenə də siz Damlanı yıxmağa çalışdız. Nəticə? O, yenidən ayaqdadır. Əlbəttə, ayaqda olacaq və sizə göz dağı verəcək! Anar kimi onu da ölümə sürükləmək istəyiniz boşa gedəcək! Çünki xainliyinizin, nifrətinizin, siçovul xislətinizin qarşılığında Damla cəsarətlə sizin kimilərini birdən birə deyil, DAMLA-DAMLA mənən "öldürəcək"!
Siz çirkin porno olayı ilə o qadına bir daha mübarizlik stimulu verdiz!
Damla sizin kimisinə təşəkkür etmək düşər - bir daha onun varlığının gözünüzə, ürəyinizə XƏNCƏR kimi sancıldığını istəmədən sübut etdiyiniz üçün! Amma siz insan olmağı öyrənməyəcəksiz!
Azər NƏSİBOV